AZ

Azərbaycan millisinin Macarıstanla oyunu portuqaliyalı hakimə tapşırıldı

Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının dünya çempionatının seçmə mərhələsində Macarıstana qarşı keçirəcəyi oyunun hakim təyinatları bəlli olub.

İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, C Liqasının üçüncü qrupunda keçiriləcək qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Filipa Pereyra Kunya matçın baş hakimi olacaq. Ona yan xətt hakimləri Andreya Souza və Kristiana Moreyra Kosta kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sara Alves yerinə yetirəcək.

Qeyd edək ki, görüş martın 7-də, Bakı vaxtı ilə saat 17:30-da Felksutdakı “Panço Arena”da keçiriləcək.

İdman.Biz
Seçilən
13
3
idman.biz

10Mənbələr