ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni İntiqam Kərimov şok iddialar səsləndirib.Bizim.Media xəbər verir ki, o, “Öz aramızda” verilişində mərhum həmkarı Elçin Cəlilovdan danışıb.Kərimov kimlərinsə E. Cəlilovu narkotikə qəsdən alışdırdığını iddia edib:“Mənim gözümün qarşısında “Şahnaz” muğamını elə oxudu ki... Arif Babayev yumruğunu masaya vurub dedi ki, bilsəm, bu belə oxuyacaq, bunu qoymazdım bura girsin. Elçin o qədər gözəl oxuyurdu ki, o, musiqiçi idi. Onu bilə-bilə korladılar. Dediyiniz, rəqabətin qurbanı oldu. Onu bilərəkdən pis vərdişlərə qurşatdılar, aradan götürdülər. Bilmirəm, kimlər edib. O vaxt bir restoranda hər yerdə Elçin oxuyurdu, ona nə etdilərsə, teatra gəlməyi də unutdu, yeməyinə, ya çayına nə atdılarsa, yoldan çıxardılar”.Sara, Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.