AZ

Şok İDDİA: “Elçin Cəlilovu bilərəkdən narkotikə qurşandırdılar” – VİDEO

Müğənni İntiqam Kərimov şok iddialar səsləndirib.

Bizim.Media xəbər verir ki, o, “Öz aramızda” verilişində mərhum həmkarı Elçin Cəlilovdan danışıb.

Kərimov kimlərinsə E. Cəlilovu narkotikə qəsdən alışdırdığını iddia edib:

“Mənim gözümün qarşısında “Şahnaz” muğamını elə oxudu ki... Arif Babayev yumruğunu masaya vurub dedi ki, bilsəm, bu belə oxuyacaq, bunu qoymazdım bura girsin. Elçin o qədər gözəl oxuyurdu ki, o, musiqiçi idi. Onu bilə-bilə korladılar. Dediyiniz, rəqabətin qurbanı oldu. Onu bilərəkdən pis vərdişlərə qurşatdılar, aradan götürdülər. Bilmirəm, kimlər edib. O vaxt bir restoranda hər yerdə Elçin oxuyurdu, ona nə etdilərsə, teatra gəlməyi də unutdu, yeməyinə, ya çayına nə atdılarsa, yoldan çıxardılar”.

Sara, Bizim.Media

Seçilən
128
27
bizim.media

10Mənbələr