RU

İpoteka kreditlərinə müraciət nə vaxtdan başlayır?VİDEO

İpoteka kreditləşməsi üçün müraciətlərin qəbuluna başlanılır...

Xezerxeber.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.

Adi ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbuluna martın 5-də, güzəştli ipoteka kreditləri üzrə isə martın 6-da saat 11:00-dan etibarən başlanılacaq.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev ayrılan məbləğlərə toxunub.

Ekspert paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərində ipoteka predmetinə çevrilə bilən mənzilləri də sadalayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
274
13
xezerxeber.az

10Источники