AZ

İpoteka limitləri ayrıldı Mənzillər bahalaşacaq

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 2026-cı il üçün ipoteka kreditləşməsini davam etdirməsi bazarda yenidən hərəkətlilik yaradıb. Müvəkkil banklara, o cümlədən güzəştli ipoteka kreditləri üzrə limitlərin ayrılması mənzil almaq istəyənlər üçün imkan kimi təqdim olunur. Lakin illərdir müşahidə edilən bir tendensiya yenə gündəmə gəlir. Limitlər açılan kimi bəzi ərazilərdə mənzil qiymətləri süni şəkildə yüksəlir.Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu məsələdə “süni qiymət artımı” ifadəsini işlətmək tam dəqiq yanaşma deyil:"Mənzil bazarında qiymətlər inzibati qaydada müəyyən edilmir, əsasən tələb və təklif mexanizmi ilə formalaşır. Əgər müəyyən ərazilərdə alıcı sayı artırsa və həmin mənzillərə maraq yüksəlirsə, satıcılar da bazar şərtlərini nəzərə alaraq qiymətləri uyğunlaşdırırlar. Bu proses birbaşa hansısa qurumun qiyməti artırması ilə bağlı deyil.İpoteka limitlərinin ayrılması bazara əlavə maliyyə axını və alıcılıq qabiliyyəti gətirir. Kredit imkanları genişləndikcə mənzil almaq istəyənlərin sayı artır. Xüsusilə güzəştli ipoteka şərtləri olan zaman daha çox insan ev sahibi olmaq üçün müraciət edir. Bu da təbii olaraq tələbin yüksəlməsinə səbəb olur. Təklif isə eyni tempdə artmırsa, qiymətlərdə yüksəliş müşahidə olunur".Ekspert deyib ki, əsas amillərdən biri mənzil tikintisinin həcmi və bazarda real təklifin səviyyəsidir:"Mənzil sayı kifayət qədər deyilsə, alternativ seçimlər az olur və bu da qiymətlərə təsir göstərir. Əgər daha çox mənzil bazara çıxarılsa, tikinti və satış həcmi artsa, qiymət artımı daha sabit ola bilər. Buna görə də məsələni yalnız “süni artım” kimi qiymətləndirmək düzgün deyil, daha çox struktur və bazar faktorları ilə izah etmək mümkündür".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
13
demokrat.az

10Mənbələr