RU

Seymur Qafarov: Bromelain ananasın gövdə və qabığında çox olur, meyvənin içində nisbətən az olur”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ananas yediyiniz zaman dilinizdə yanma və görünən və ya hiss olunan, ucqar bir ucu iynə batırmış qarışqa gəzir kimi bir hiss edirsiniz. Bunun səbəbi tərkibindəki bromelaindir. Bu ferment zülalları parçalayır. Diliniz və yanaqlarınız da zülaldan ibarət olduğu üçün ananas, texniki cəhətdən, sizi o anda həzm etməyə çalışır. Təbii ki, sizi tamamilə yeyə bilməz, çünki mədə turşunuz onu məhv edəcək.Ananasın tərkibindəki bromelainin sağlamlıq üçün əsas faydaları hansılardır?Uşaqlar və böyüklər üçün ananasın gündəlik istehlak miqdarı nə qədər olmalıdır?

"Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov Bizimyol.info xəbər portalına bildirib ki, bromelain əsasən ananasın gövdə və qabığında daha çox olur: “Ananasın tərkibindəki bromelain adlı ferment bir sıra sağlamlıq üstünlükləri ilə tanınır:

- Həzmə kömək edir – Zülalları parçalayaraq mədə-bağırsaq sistemində həzmi asanlaşdırır.

- İltihab əleyhinə təsir – Burun, sinus, oynaqlar və əzələlərdə şişkinlik və ağrını azalda bilər.

- Yanıqların sağalmasına dəstək – Ölü dərini təmizləmək üçün tibbi krem formasında istifadə olunur.

- Osteoartrit və əzələ ağrıları – Ağrı və sərtliyi azaltmaq üçün araşdırılır.

- Sinus tıxanıqlığı – Burun yollarında şişkinliyi azaldaraq nəfəs almanı yüngülləşdirə bilər”.

Seymur Qafarov

Seymur Qafarov qeyd edib ki, gündə 1 stəkan doğranmış ananas C vitamini ehtiyacını tam qarşılayır : “Bromelain əsasən ananasın gövdə və qabığında daha çox olur, meyvənin içində isə nisbətən azdır. Ananas faydalı olsa da, həddindən artıq yemək mədə narahatlığına (ishal, sancı, ürəkbulanma) səbəb ola bilər. Ona görə miqdara diqqət etmək vacibdir:

- Böyüklər üçün:

Bir porsiya təxminən 80 qram (təxminən 1 dilim və ya yarım stəkan doğranmış ananas). Gündəlik 5 porsiya meyvə və tərəvəz tövsiyə olunur, bunun 1 porsiyası ananas ola bilər.

- Uşaqlar üçün:

Miqdar uşağın yaşına və əl ölçüsünə uyğun olmalıdır. Bir porsiya uşağın ovucuna sığan qədər meyvədir. Gündə 1 stəkan doğranmış ananas (təxminən 150 qram) kifayət edir. Bu miqdar C vitamini ehtiyacını tam qarşılayır. Yəni həm uşaqlar, həm də böyüklər üçün ananası gündəlik rasiona 1 porsiya (təxminən 80–150 qram) daxil etmək sağlamlıq üçün faydalıdır. Daha çox yemək isə bromelainin güclü təsirinə görə həzm sistemində narahatlıq yarada bilər”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
13
bizimyol.info

10Источники