RU

İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Qara Qarayev prospektində qayda pozan piyada təhlükəli anlar yaşadıb. Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Videodan məlum olur ki, orta yaşlı qadın işıqforun qadağanedici işığına məhəl qoymadan, üstəlik keçidin olmadığı yerdən yolun digər tərəfinə keçməyə çalışıb.

Bu zaman o, özüylə, yanaşı yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürücüsü də təhlükəyə atıb. Kadrlardan göründüyü kimi, qadın avtomobilin yaxınlaşdığını görsə də, hərəkət edib. Xoşbəxtlikdən o, son anda dayanaraq avtomobilə çırpılmaqdan xilas olub.

Xatırladaq ki, piyadalar yolu keçməzdən öncə işıqfora diqqət yetirməli və yalnız keçidlərdən istifadə etməlidirlər. Hətta nəqliyyat vasitələrinin dayandığına əmin olduqdan sonra hərəkət etməlidirlər.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
1
avtosfer.az

5Источники