Paytaxtın Qara Qarayev prospektində qayda pozan piyada təhlükəli anlar yaşadıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Videodan məlum olur ki, orta yaşlı qadın işıqforun qadağanedici işığına məhəl qoymadan, üstəlik keçidin olmadığı yerdən yolun digər tərəfinə keçməyə çalışıb.
Bu zaman o, özüylə, yanaşı yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürücüsü də təhlükəyə atıb. Kadrlardan göründüyü kimi, qadın avtomobilin yaxınlaşdığını görsə də, hərəkət edib. Xoşbəxtlikdən o, son anda dayanaraq avtomobilə çırpılmaqdan xilas olub.
Xatırladaq ki, piyadalar yolu keçməzdən öncə işıqfora diqqət yetirməli və yalnız keçidlərdən istifadə etməlidirlər. Hətta nəqliyyat vasitələrinin dayandığına əmin olduqdan sonra hərəkət etməlidirlər./Avtosfer.az/