RU

UEFA reytinqi: Azərbaycan mövsümü 27-ci yerdə bitirəcək – ARENA.AZ

Azərbaycan UEFA reytinqində 2025/2026-cı illər mövsümünü 27-ci pillədə başa vuracaq.

Arena.az xəbər verir ki, bu, avrokuboklarda pley-off mərhələsinin oyunlarından sonra bəlli olub.

27-ci sıradan aşağıda qərarlaşmış ölkələrin avrokuboklarda təmsilçiləri qalmayıb.

Azərbaycan hazırda 22,937 əmsalla 27-cidir. 26-cı yerdəki Sloveniyanın 23,968 əmsalı var.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a (İngiltərə) iki oyunun nəticəsinə (1:6, 2:3) görə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Cari mövsümdə Azərbaycan klubları ümumilikdə 23,250 əmsal toplayıblar. Bu göstərici avrokuboklarda çıxış edən 4 klubun sayına bölündükdə 5,812 reytinq əmsalı əldə olunur.

5,812 əmsal Azərbaycan klub futbolu tarixində ən yüksək nəticə deyil. Rekord 2023/2024-cü illər mövsümündə qazanılmış 5,875 əmsal olub. “Qarabağ” qarşıdakı 1/16 final mərhələsinin iki oyununda heç olmasa bir dəfə məğlubiyyətsiz çıxış edərsə, bu rekord yenilənəcək.

Qeyd edək ki, bu mövsüm toplanan 23,250 əmsaldan 18,750-si məhz “Qarabağ”ın payına düşür. Ağdam klubu UEFA Çempionlar Liqasının seçmə mərhələsində 5 əmsal, əsas mərhələyə yüksəlməyə görə 6 bonus əmsalı, əsas mərhələdə 7 əmsal, 22-ci yerə görə isə əlavə 0,750 bonus əmsalı qazanıb.

Xatırladaq ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinə hazırda İngiltərə başçılıq edir – 113,130. İtaliya (98,303) ikinci, İspaniya (92,359) üçüncü, Almaniya (88,688) dördüncü, Fransa (80,141) beşincidir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
5
10
arena.az

10Источники