Minifutbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, püşkatma mərasimi Slovakiyanın paytaxtı Bratislavada təşkil edilib.
Püşkatma zamanı birinci səbətdə yer almış Azərbaycan milli komandası F qrupunda Fransa, İtaliya və Avstriya yığmalarına rəqib olub.
Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatının final mərhələsi bu il mayın 27-dən iyunun 4-nə qədər Bratislavada təşkil olunacaq. Azərbaycan milli komandasının oyunlarının təqvimi daha sonra müəyyənləşəcək.
⇧
