AZ

Azər Bağırov: “Qələbəni fanatlarımıza həsr edirik” – ARENA.AZ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyunda Gəncə təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu qələbəni onlara həsr edirik. Məncə, maraqlı oyun alındı. Bu gün istədiklərimiz meydanda həyata keçdi. Uşaqları təbrik edirəm. Önümüzə baxacağıq.

“Sabah”la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də motivasiya həmin oyundan qaynaqlanmışdı. Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar.

Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq. “Turan Tovuz”la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
2
9
arena.az

10Mənbələr