RU

Hava dəyişəcək I Yollarda ehtiyatlı olun!

AzVision.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir.

Baş Dövlət Yol Polisi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edib.

“Sürücülərdən xahiş edirik ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorusunlar, qəfil manevrlərdən və kəskin əyləclərdən çəkinib yağış, duman və ya qar zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər, zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar”, - qurumdan bildirilib.

Piyadalara tövsiyə olunub ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər, qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar.

AzVision.az
Избранный
2
5
azvision.az

10Источники