AZ

BDYPİ sürücülərə və piyadalara müraciət etdi

Bakı. Trend:

Meteoroloji proqnozlara əsasən, qarşıdakı günlərdə ölkəmizinbəzi ərazilərində yağıntılı və əlverişsiz hava şəraitigözlənilir.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət YolPolisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.

"Hörmətli yol hərəkəti iştirakçıları!

Meteoroloji proqnozlara əsasən, qarşıdakı günlərdə ölkəmizinbəzi ərazilərində yağıntılı və əlverişsiz hava şəraiti gözlənilir.Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsininazalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb olabilər.

Bununla əlaqədar olaraq Baş Dövlət Yol Polisi sürücülərə vəpiyadalara bir daha diqqətli olmağı tövsiyə edir.

Sürücülərdən xahiş edirik:

• hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;

• öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz araməsafəsini qorusunlar;

• qəfil manevrlərdən və kəskin əyləclərdən çəkinib;

• yağış, duman və ya qar zamanı işıqlandırma sistemlərininsazlığına xüsusi diqqət yetirsinlər;

• zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar.

Piyadalara tövsiyə olunur:

• yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər;

• hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsinivə sürətini düzgün qiymətləndirsinlər;

• qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində dahadiqqətli olsunlar.

Unutmayaq ki, çətin hava şəraitində yolda atılan hər bir düzgünaddım bir həyatın qorunmasına xidmət edir.

Qaydalara əməl edək, təhlükəsizliyi birlikdə təmin edək", -qurumdan bildirilib.

Seçilən
13
4
az.trend.az

10Mənbələr