RU

Tramp Zelenskiyə müharibənin bir ay ərzində başa çatmasını istədiyini bildirib - YENİLƏNİB-1

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynadakı müharibənin bir ay ərzində başa çatmasını istədiyini bildirib.

APA xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, söhbət müsbət atmosferdə keçib.

Zelenski köməyə görə Trampa təşəkkür edib və bildirib ki, Rusiya lideri Vladimir Putini müharibəni dayandırmağa yalnız ABŞ Prezidenti məcbur edə bilər.

"Daha sonra Zelenski müharibənin bu il bitəcəyinə ümid etdiyini deyib, Tramp isə müharibənin çox uzun çəkdiyini və onun bir ay ərzində bitməsini istədiyini bildirib", - portal qeyd edib.



***
00:30

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

APA xəbər verir ki, Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərə söhbətin təxminən 30 dəqiqə davam etdiyini deyib.

Ukrayna Prezidenti Zelenski isə sosial media hesablarında bildirib ki, o və Tramp fevralın 26-da Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşündə üzərində işləyəcəkləri məsələləri müzakirə ediblər.

Liderlər həmçinin, martın əvvəlində keçiriləcək növbəti üçtərəfli görüşü də müzakirə ediblər.

“Ümid edirik ki, bu, bizə liderlik səviyyəsində danışıqlara keçməyə imkan verəcək. Prezident Tramp bu addımlar ardıcıllığını dəstəkləyir. Bu, bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəyə son qoymağın yeganə yoludur”, - deyə Zelenski qeyd edib.


***
22:27

ABŞ Prezidenti Donald Tramp hazırda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparır.

APA xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid mənbələrə istinadən "X" hesabında yazıb.

Təfərrüatlar açıqlanmayıb.

Избранный
3
4
apa.az

10Источники