ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynadakı müharibənin bir ay ərzində başa çatmasını istədiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.
Liderlər arasında baş tutan dünənki telefon danışığının əlavə detallarını yayan portal iddia edir ki, Zelenski müharibənin bu il bitəcəyinə ümid etdiyini deyib, Tramp isə müharibənin çox uzun çəkdiyini və onun bir ay ərzində bitməsini istədiyini bildirib.