Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Kiyev, 26 fevral, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərə söhbətin təxminən 30 dəqiqə davam etdiyini bildirib.
Ukrayna Prezidenti Zelenski isə sosial media hesablarında bildirib ki, o və Tramp fevralın 26-da Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşündə üzərində işləyəcəkləri məsələləri müzakirə ediblər.
Liderlər həmçinin, martın əvvəlində keçiriləcək növbəti üçtərəfli görüşü də müzakirə ediblər.
“Ümid edirik ki, bu, bizə liderlik səviyyəsində danışıqlara keçməyə imkan verəcək. Prezident Tramp bu addımlar ardıcıllığını dəstəkləyir. Bu, bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəyə son qoymağın yeganə yoludur”, - deyə Zelenski qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.