RU

Dünyada ilk UÇAN TAKSİ

Ajans.az Yaponiya xəbər agentliyi Kyodo-ya istinadən xəbər verir ki, SD-05 adlı məsafədən idarə olunan pilotsuz uçuş aparatı Mitsubishi Estate Co. və Kanematsu Corp. tərəfindən hazırlanıb. Avtomobil Tokio körfəzi üzərində ilk uçuşunu tamamlayıb. Uçuş təxminən üç yarım dəqiqə davam edib və 150 metr məsafəni əhatə edib. SD-05 pilotsuz uçuş aparatında 12 rotor və batareya sistemi mövcuddur. Bu batareyalarla aparat 15-40 kilometr məsafə qət edə bilir. Avtomobil üç nəfər daşımaq üçün nəzərdə tutulub və kiçik ölçüsü sayəsində helikopterlər və digər təyyarələr üçün uyğun olmayan ərazilərə enə bilir. Yaponiya həmçinin uçan avtomobil operatorlarının uçuşları izləyə və sərnişinlərin qeydiyyat və təhlükəsizlik yoxlamalarını həyata keçirə biləcəyi terminal təqdim edib. SkyDrive Inc. rəhbərləri bu nəqliyyat vasitələrinin şəhər yol tıxaclarının azaldılmasına kömək edəcəyinə inanırlar. Planlara görə, Yaponiya 2028-ci ildən pilotsuz uçuş aparatlarının məhdud kommersiya istifadəsinə başlamağı nəzərdə tutur.

 

Избранный
8
3
Ajans.az

10Источники