ain.az bildirir, Azvision saytına əsaslanaraq.
Yaponiyanın "Kyodo News" xəbər agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, nümayiş "Mitsubishi Estate" və "Kanematsu Corporation" şirkətlərinin dəstəyi ilə baş tutub. Məsafədən yönləndirilən uçan avtomobil Tokio körfəzi üzərində təqribən 3,5 dəqiqə uçaraq 150 metr məsafə ötüb. Məlumata əsasən, batareya ilə işləyən "SD-05" üç sərnişin tutumuna malikdir; ümumilikdə 15-40 km məsafəyə uça, kompakt ölçüsü, yüngül çəkisi sayəsində helikopter və təyyarələrlə müqayisədə hər nöqtəyə enə bilir. Şənbə günü "SD-05"in növbəti sınaq uçuşu yerinə yetirməsi planlaşdırılır. Uçan avtomobillərin gələcəkdə istifadəsinin yollarda tıxacların, qatarlarda həddindən artıq sıxlığın və bu istiqamətdə müxtəlif problemlərin həllinə töhfə verəcəyi gözlənilir. Diqqətə çatdırılır ki, "SkyDrive" şirkəti 2028-ci ildə ölkənin bir sıra şəhərində artıq kommersiya əməliyyatlarına başlamaq niyyətindədir. Şirkəti baş direktoru Tomohiro Fukuzavanın sözlərinə görə, 2030-cu ildən etibarən uçan avtomobillərdə səfərin qiyməti adi taksilərin qiymətinin təqribən yarısına, hətta daha da ucuz başa gələ bilər.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.