Yapon texnologiya şirkəti "SkyDrive", 12 elektrik mühərriki ilə işləyən "SD-05" uçan taksisini Tokioda uğurla sınaqdan keçirib.
Publika.az Yaponiya mediasına istinadən xəbər verir ki, bir pilot və iki sərnişin daşımaq qabiliyyətinə malik "SD-05"-in nümayiş uçuşu təhlükəsizlik protokollarına uyğun olaraq uzaqdan və pilotsuz həyata keçirilib.
Bildirilib ki, avtomobil, Tokio körfəzi üzərində təxminən 3 dəqiqə yarım uçaraq 150 metr məsafə qət edib.
"SkyDrive"-ın baş direktoru Tomohiro Fukuzava bildirib ki, uçan avtomobilin 2028-ci ildə ölkədə kommersiya fəaliyyətinə başlaması hədəflənir: "Bu modelin əvvəlcə kommersiya məqsədli istifadəsi planlaşdırılır. 2030-cu ildən sonra isə nəqliyyat xərcləri taksi ilə gediş haqqının yarısı və ya hətta daha az ola bilər".