RU

“Real”da ciddi itki: Mbappe oynamayacaq

“Real”ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının pley-off mərhələsinin “Benfika” ilə cavab matçının iştirak ərizəsinə daxil edilməyib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı forvardı diz nahiyəsində narahatlıq problemi var.
Qarşılaşma bu gün, fevralın 25-də Madrid şəhərindəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 02:00-da başlayacaq. Tərəflər arasında ilk görüş “Real”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Mbappe 2024-cü ilin yayından “Real Madrid”də çıxış edir. O, daha əvvəl PSJ və “Monako”nun formasını geyinib. Hücumçu cari mövsümdə 33 oyunda 38 qol vurub və 6 məhsuldar ötürmə edib.

Избранный
7
50
idmanxeber.az

10Источники