“Real Madrid”in hücumçusu Kilian Mbappe sol diz zədəsi səbəbindən Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununu (25 fevral) buraxmalı olacaq.
İdman.Biz-in AS-a istinadən məlumatına görə, fransız hücumçu həmçinin La Liqanın 26-cı turunda “Xetafe” ilə oyunu (2 mart) buraxmaq riski ilə üzləşib.
Mənbənin məlumatına görə, “Los Blancos” Mbappenin La Liqanın 27-ci turunda “Selta Viqo” ilə oyuna (7 mart) qədər vaxtında sağalacağına əmindir.
Daha əvvəl “L'Equipe” “Real Madrid”in hücumçusunun 24 fevralda məşqlərini dayandırmaq məcburiyyətində qaldığını bildirmişdi.
Mbappe bu mövsüm bütün yarışlarda 33 oyunda meydana çıxıb, 38 qol vurub və altı məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.