Hücumçu Kilian Mbappe dizindəki problemin pisləşməsi səbəbindən “Real Madrid”in qarşıdakı oyunlarını buraxacaq. Fransız futbolçu Çempionlar Liqasında “Benfika”ya qarşı keçiriləcək oyun üçün Madrid heyətinə daxil edilməyib.
Publika.az xəbər verir ki, tanınmış jurnalist Xuanfe Sansın sözlərinə görə, seçilmiş konservativ müalicə dizinin vəziyyətini yaxşılaşdırmasa, Mbappe kiçik əməliyyat oluna bilər.