RU

250-ci avtoqol

Misli Premyer Liqasının XIV turundan təxirə salınan “Qəbələ” – “Turan Tovuz” matçı (0:3) avtoqolla əlamətdar olub.

 90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, görüşdəki son qolu meydan sahiblərinin futbolçusu Seydina Keyta öz qapısına vurub.

Bu, Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol olub. 1992-ci ildən keçirilən yarışda ilk avtoqol həmin il mayın 16-da qeydə alınıb. Kürdəmir “Şirvan”ının futbolçusu Vahid Mahmudov “Kürmük”lə səfər görüşündə (0:6) “fərqlənib”.

İndiyədək 44 komanda öz qapısına qol vurub. 40 komanda rəqib qoluna sevinib. Keyta avtoqol müəllifi olan 207-ci futbolçu olub.

Qeyd edək ki, 2022/2023-cü illər mövsümündə daha çox – 18 avtoqol olub. 1

Избранный
2
12
90deqiqe.az

10Источники