AZ

Azərbaycan çempionatları tarixində 250-ci avtoqol

BAKI, 25 fevral. TELEQRAF

Azərbaycan Premyer Liqasının XIV turundan təxirə salınan “Qəbələ” – “Turan Tovuz” matçı (0:3) avtoqolla əlamətdar olub.

Teleqraf Peşıkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüşdəki son qolu meydan sahiblərinin futbolçusu Seydina Keyta öz qapısına vurub.

Bu, Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol olub. 1992-ci ildən keçirilən yarışda Seydinaya qədər 249 belə hal yaşanmışdı.

İlk avtoqol 1992-ci il mayın 16-da qeydə alınıb. Kürdəmir “Şirvan”ının futbolçusu Vahid Mahmudov “Kürmük”lə səfər görüşündə (0:6) “fərqlənib”.

İndiyədək 44 komanda öz qapısına qol vurub. 40 komanda rəqib qoluna sevinib. Keyta avtoqol müəllifi olan 207-ci futbolçu olub.

Qeyd edək ki, 2022/23 mövsümündə daha çox – 18 avtoqol olub. 1993/94 mövsümündə belə qol qeydə alınmayıb.

Seçilən
0
12
teleqraf.com

10Mənbələr