RU

Azərbaycanda könüllü sığorta bazarı 3 faizə yaxın kiçilib

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növlərininhesabına 136,456 milyon manat sığorta haqqı toplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 4,145 milyon manat və ya 2,9% azdır.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 12,7milyon manat və yaxud 34% artaraq 50,262 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar ayında könüllü sığorta bazarındatoplanmış hər 100 manat sığorta haqqının 36,8 manatı müştərilərəgeri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyətgöstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manatməbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri iləmüqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyonmanat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2%artıb.

Избранный
12
4
az.trend.az

10Источники