RU

Yaponiyada uçan avtomobil sınaqdan keçirilib | FOTO/VİDEO

Yaponiyanın "Kyodo News"xəbəragentliyi öz mənbələrinə istinadən xəbər verir ki, nümayiş "Mitsubishi Estate" və "Kanematsu Corporation" şirkətlərinin dəstəyi ilə baş tutub. Məsafədən yönləndirilən uçan avtomobil Tokio körfəzi üzərində təqribən3,5 dəqiqə uçaraq 150 metrməsafə ötüb.

Məlumata əsasən, batareya ilə işləyən "SD-05"üç sərnişin tutumunamalikdir; ümumilikdə15-40 km məsafəyəuça, kompakt ölçüsü, yüngül çəkisi sayəsində helikopter və təyyarələrlə müqayisədə hər nöqtəyə enə bilir. Şənbə günü "SD-05"in növbəti sınaq uçuşu yerinə yetirməsi planlaşdırılır.

Uçan avtomobillərin gələcəkdə istifadəsininyollarda tıxacların, qatarlarda həddindən artıq sıxlığın və bu istiqamətdə müxtəlif problemlərin həllinətöhfə verəcəyi gözlənilir. Diqqətə çatdırılır ki, "SkyDrive" şirkəti 2028-ci ildə ölkənin bir sıra şəhərində artıq kommersiya əməliyyatlarına başlamaq niyyətindədir. Şirkəti baş direktoru Tomohiro Fukuzavanın sözlərinə görə, 2030-cu ildən etibarənuçan avtomobillərdə səfərin qiyməti adi taksilərin qiymətinin təqribən yarısına, hətta daha da ucuzbaşa gələ bilər.



Firudin Həmidli
AzVision.az
Избранный
13
13
azvision.az

10Источники