RU

Türkiyədə F-16 qəzaya uğrayıb, pilot şəhid olub - FOTO

Türkiyənin Balıkesir vilayətində 9-cu Əsas Reaktiv Aviasiya Bazası Komandanlığının parkına məxsus F-16 qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb və pilot şəhid olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi və yerli KİV-lər məlumat yayıb.
 
Balıkesir valisi İsmayıl Ustaoğlu bildirib ki, təyyarə saat 00:50 radələrində uçuş zamanı qəzaya düşüb.
 
“Bir pilotumuz şəhid olub. Şəhidimizə Allahdan rəhmət, yaxınlarına başsağlığı verirəm. Millətimizin başı sağ olsun”, - deyə o qeyd edib.
 
Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, Balıkesirdəki 9-cu Əsas Reaktiv Aviasiya Bazası Komandanlığından qalxan F-16 ilə saat 00:56-dan etibarən rabitə və izləmə əlaqəsi kəsilib. Dərhal başladılan axtarış-xilasetmə işləri nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və enkazına çatılıb. Nazirlik vurğulayıb ki, qəzanın səbəbi müvafiq komissiyanın aparacağı araşdırmadan sonra açıqlanacaq.
 
Hadisə ilə bağlı Balıkesir Respublika Baş Prokurorluğu tərəfindən istintaqa başlanıldığı bildirilib. Türkiyənin ədliyyə naziri Akın Gürlək prokurorluq əməkdaşlarının hadisə yerinə göndərildiyini açıqlayıb.
 
Vali İsmayıl Ustaoğlu da İzmir–İstanbul avtomagistralının Naipli ərazisində qəza yerinə baxış keçirib və təyyarənin qalxışdan qısa müddət sonra qəzaya uğradığını bildirib. Məlumata görə, hadisə baş verən ərazi müvəqqəti olaraq nəqliyyat üçün bağlanıb və müvafiq qurumların işi davam edir.
Избранный
18
10
moderator.az

10Источники