Xəbər verdiyimiz kimi, Balıkəsir şəhərində havaya qalxan F-16 qırıcı təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində bir hərbçi şəhid olub.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, qəza anı magistral yolda hərəkət edən bir vətəndaş tərəfindən mobil telefonla anbaan qeydə alınıb.
Balıkəsir valisi İsmayıl Ustaoğlu bildirib ki, qəza təxminən saat 00:50 radələrində baş verib. Təyyarə tapşırıq uçuşu icra edərkən naməlum səbəbdən yerə çırpılıb. Pilotun şəhid olduğu təsdiqlənib.
Hadisə ilə bağlı araşdırma aparılır, qəzanın səbəbi ilə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.