AZ

F-16-nın qəzaya uğradığı an - VİDEO

Xəbər verdiyimiz kimi, Balıkəsir şəhərində havaya qalxan F-16  qırıcı təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində bir hərbçi şəhid olub.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qəza anı magistral yolda hərəkət edən bir vətəndaş tərəfindən mobil telefonla anbaan qeydə alınıb.

Balıkəsir valisi İsmayıl Ustaoğlu bildirib ki, qəza təxminən saat 00:50 radələrində baş verib. Təyyarə tapşırıq uçuşu icra edərkən naməlum səbəbdən yerə çırpılıb. Pilotun şəhid olduğu təsdiqlənib.

Hadisə ilə bağlı araşdırma aparılır, qəzanın səbəbi ilə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.

Seçilən
5
4
day.az

10Mənbələr