RU

ÇL: “Qarabağ” 1/8 finala vəsiqə qazana bilmədi – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində cavab oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu 1/8 finala vəsiqə uğrunda İngiltərə təmsilçisi “Nyukasl”la üz-üzə gəlib.

Sözügedən komandalar arasındakı ilk oyun ötən həftə Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş və Azərbaycan təmsilçisinin 1:6 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı. Cavab görüşü isə bu gün Nyukasldakı “Sent Ceyms Park” stadionunda baş tutub. Bu görüşü İtaliyadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Davide Massa olub.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin cari mövsümündə uğurlu çıxışı ilə diqqət çəkirdi. Ağdam klubu ÇL-in Liqa mərhələsində 8 oyuna topladığı 10 xalla ən güclü 24 komanda arasında yer alaraq pley-offda iştirak hüququ qazanmışdı. “Nyukasl” isə ÇL-in Liqa mərhələsində 14 xalla 12-ci yeri tutmuşdu.

İngiltərə təmsilçiləri ilə oyunlarda adətən çətinliklə üzləşmiş “Qarabağ” “Nyukasl”la görüşdə də uğursuz gedişata son qoya bilməyib. Artıq itiriləsi heç nəyi qalmamış Ağdam klubunun səfərdəki oyunda ən azı layiqli mübarizə aparacağını gözləmək olardı. Belə də olub. Komandamız səfər matçında 2 qol vurmağa nail olsa da, 3 qol buraxmaqla yenə məğlub olub və ÇL-in cari mövsümündəki tarixi çıxışını başa vurub.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
24 fevral

“Nyukasl” – “Qarabağ” 3:2
Qollar: Sandro Tonali, 4. Joelinton, 6. Sven Botman, 52 – Kamilo Duran, 51. Elvin Cəfərquliyev, 57.
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Payretto (İtaliya).
VAR: Daniele Kiffi (İtaliya).
AVAR: Kristian Dingert (Almaniya).
Nyukasl. “Sent Ceyms Park” stadionu. Saat 00:00.
İlk oyun – 6:1.

Nyukasl: 32. Aaron Ramsdeyl, 2. Kiran Trippyer (k), 4. Sven Botman, 7. Joelinton, 8. Sandro Tonali, 11. Harvi Barnes, 18. Uilyam Osula, 23. Ceykop Mörfi, 27. Nik Voltemade, 33. Dan Börn, 37. Aleks Mörfi.
Ehtiyat oyunçular: 1. Nik Pope, 26. Con Ruddi, 58. Aydan Harris, 3. Lyuis Holl, 9. Yoan Vissa, 10. Antoni Qordon, 20. Antoni Elanqa, 28. Co Uillok, 61. Leo Şahar, 62. Şon Niv.
Baş məşqçi: Eddi Hau.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir, 17. Kamilo Duran, 18. Dani Bolt, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
9
7
arena.az

10Источники