RU

Meksika Xaliskoda nəzarəti gücləndirir: İki min əsgər bölgəyə yeridilib

Meksika Milli Müdafiə Nazirliyinin iki min əsgəri Xalisko ştatına gəlib və "Yeni Nəsil" kartelinin liderinin zərərsizləşdirilməsindən sonra başlayan iğtişaşları yatırmaq və təhlükəsizliyi təmin etmək üçün patrul xidmətinə başlayıb.

Bu barədə regionun qubernatoru Pablo Lemus ştat hökumətinin iclasında deyib.

P.Lemus bildirib ki, dövlət orqanları normal həyatı tədricən bərpa edir və yolları nəqliyyatın hərəkəti üçün açır. İctimai nəqliyyatın fevralın 24-də tam fəaliyyətə başlaması gözlənilir. Mövcud vəziyyətlə əlaqədar bütün ictimai tədbirlər ləğv olunub, əyani dərslər dayandırılıb, federal hökumət də tam dəstək verir.

Xatırladaq ki, fevralın 22-də Milli Müdafiə Nazirliyi Xalisko "Yeni Nəsil" kartelinin lideri Ruben Osequera Servantesin ("El Menço") təhlükəsizlik qüvvələri ilə silahlı toqquşmada öldüyünü açıqlayıb. Əməliyyatdan sonra ölkədə yollar bağlanıb, avtomobillər və müəssisələr yandırılıb. Prezident Klaudiya Şeynbaum fevralın 23-nə qədər ictimai təhlükəsizliyin tam nəzarət altında olduğunu bildirib.
 

Избранный
10
2
7news.az

10Источники