2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşüb.
Azərbaycanın sənaye zonalarında istehsal olunan mallar - DÜNYADA 70 ÖLKƏYƏ SATILIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Bu göstəricilər parkın ümumi sənaye nəticələrində və qeyri-neft ixracında aparıcı rolunu aydın şəkildə göstərir. Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident qeydiyyatdan keçib", - deyə o qeyd edib.