AZ

2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib

İqtisadi zonalarda xarici sərmayənin payı illər üzrə nəzərəçarpacaq dərəcədə artıb. 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlb olunmuşdusa, təkcə 2025-ci ildə bu rəqəm 87,9 milyon manat səviyyəsinə çatıb.

Bu sözləri İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci il üzrə fəaliyyətin yekunlarına dair mətbuat konfransında deyib. O, Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkı barədə də statistik məlumatları diqqətə çatdırıb. Bildirib ki, Parkda hazırda 40 rezident qeydiyyatdan keçib. 2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun 1,1 milyard manatı ixracın payına düşüb. Bu göstəricilər parkın ümumi sənaye nəticələrində və qeyri-neft ixracında aparıcı rolunu aydın şəkildə göstərir.

Seçilən
11
4
vergiler.az

10Mənbələr