RU

Xocalı soyqırımı qurbanları Haaqada anılıb

Niderland Krallığının Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, anım tədbiri Qurumun tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə keçirilib.

İştirakçılar əvvəlcə “Yeni İkendinen” (Nieuw Eykenduynen) məzarlığında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, onların xatirəsini anıblar.

Tədbirdə Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə, Türkiyənin Niderlanddakı səfiri Fatma Ceren Yazğan, Türkiyə Böyük Millət Məclisinin millət vəkili Şamil Ayrım, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, Haaqa şəhər bələdiyyəsinin sədr müavini Saskia Bruines, Bart ten Broek, Benilüks Azərbaycanlıları Konqresinin sədri, Benilüks ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Niderland üzrə koordinatoru Elsevər Məmmədov və Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın çıxış ediblər.

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına və bütövlükdə insanlığa qarşı törədilən Xocalı soyqırımından 34 il ötsə də bu faciənin unudulmadığı qeyd olunub. Həmin gecə dinc əhaliyə qarşı törədilən qətliamın tarixindən və dəhşətli nəticələrindən danışılıb. 26 Fevralın Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığı vurğulanıb, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonra “Qarabağ üzərindəki qara buludlar” kitabının müəllifi Henri van Rensin tədbir iştirakçılarına müraciəti oxunub.

Tədbir çərçivəsində “Xocalı Nişanəsi” adlı qısa sənədli film təqdim edilib. Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin nəzdində fəaliyyət göstərən “Xarıbülbül” məktəbinin şagirdlərinin Xocalı soyqırımı qurbanlarına həsr etdikləri foto-sərgi nümayiş olunub, kamança ifaçısı Emin Sadıqlının ifasında həzin musiqilər səsləndirilib.

Избранный
6
8
azerbaijan-news.az

9Источники