AZ

Xocalı soyqırımı qurbanları Haaqada anılıb (FOTO)

Bakı.Trend:

Niderland Krallığının Haaqa şəhərində Xocalı soyqırımıqurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib. Anım tədbiriAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinintabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi,Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı iləbaş tutub.

Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilir ki, tədbirdə Niderland ictimaiyyətinin nümayəndələri,bu ölkədəki Azərbaycan və türk icmalarının təmsilçiləri, Benilüksölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Niderlandkoordinatorluğunun üzvləri iştirak ediblər.

İştirakçılar əvvəlcə “Yeni İkendinen” (Nieuw Eykenduynen)məzarlığında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmışabidəni ziyarət edib, onların xatirəsini bir dəqiqəlik sükutla yadediblər.

Tədbirdə Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə,Türkiyənin Niderlanddakı səfiri Fatma Ceren Yazğan, Türkiyə BöyükMillət Məclisinin (TBMM) millət vəkili Şamil Ayrım, AzərbaycanDiasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev,Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarəHeyətinin sədr müavini Pərviz Məmmədzadə, Haaqa şəhərbələdiyyəsinin sədr müavini Saskia Bruines, Bart ten Broek,Benilüks Azərbaycanlıları Konqresinin sədri, Benilüks ölkələri üzrəAzərbaycanlıların Koordinasiya Şurasının Niderland üzrəkoordinatoru Elsevər Məmmədov və Hollanda-Azərbaycan TürkMədəniyyət Dərnəyinin sədri İlhan Aşkın çıxış edib.

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecəAzərbaycan xalqına və bütövlükdə insanlığa qarşı törədilən Xocalısoyqırımından 34 il ötsə də bu faciənin unudulmadığı qeyd olunub.Həmin gecə dinc əhaliyə qarşı törədilən qətliamın tarixindən vəonun dəhşətli nəticələrindən danışılıb. 26 fevral tarixininAzərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığı vurğulanıb,Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsinin vacibliyidiqqətə çatdırılıb.

Daha sonra “Qarabağ üzərindəki qara buludlar” kitabınınmüəllifi, tədqiqatçı-yazar Henri van Rensin tədbir iştirakçılarınamüraciəti oxunub.

Tədbir çərçivəsində “Xocalı Nişanəsi” adlı qısa sənədli filmnümayiş olunub. Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyininnəzdində fəaliyyət göstərən “Xarıbülbül” məktəbinin şagirdlərininXocalı soyqırımı qurbanlarına həsr etdikləri foto-sərgi nümayişolunub, kamança ifaçısı Emin Sadıqlının ifasında həzin musiqilərsəsləndirilib.

Xocalı
Xocalı
Xocalı
Xocalı
Xocalı
Xocalı
Xocalı
Xocalı
Xocalı
Xocalı
Seçilən
2
8
az.trend.az

9Mənbələr