Bakı, 24 fevral, AZƏRTAC
Voleybol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində çıxış edəcək.
Voleybol Federasiyasından AZƏRTAC-a bildirilib ki, komanda martın 27-29-da İspaniyanın ev sahibliyi edəcəyi turnirin C qrupunda mübarizə aparacaq.
Millinin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Niderland komandaları olacaq. Yarışda ölkəmiz Şahin Çatmanın rəhbərliyi ilə təmsil olunacaq.
Qeyd edək ki, Avro-2026-nın II təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrup birinciləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.
Avropa Çempionatı
II təsnifat mərhələsi
C qrupu
27 mart
20:00. Estoniya – Niderland
22:30. İspaniya – Azərbaycan
28 mart
20:00. Niderland – Azərbaycan
22:30. Estoniya – İspaniya
29 mart
20:00. Azərbaycan – Estoniya
22:30. Niderland – İspaniya.