AZ

Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisinin Avropa çempionatının II təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

Aznews.az xəbər verir ki, yığma martın 27-dən 29-dək İspaniyanın ev sahibliyi edəcəyi C qrupunda mübarizə aparacaq.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda qrupda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu martın 27-də İspaniyaya qarşı keçirəcək. Növbəti günlərdə isə müvafiq olaraq Niderland və Estoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, II təsnifat mərhələsində 20 komanda 5 qrupda yarışacaq və yalnız qrup birinciləri AVRO-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.

C qrupu

27 mart

20:00. Estoniya – Niderland

22:30. İspaniya – Azərbaycan

Seçilən
2
5
aznews.az

10Mənbələr