AZ

Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri bilindi

Voleybol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində çıxış edəcək.

Voleybol Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, komanda martın 27-29-da İspaniyanın ev sahibliyi edəcəyi turnirin C qrupunda mübarizə aparacaq.

Millinin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Niderland komandaları olacaq. Yarışda ölkəmiz Şahin Çatmanın rəhbərliyi ilə təmsil olunacaq.

Qeyd edək ki, Avro-2026-nın II təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrup birinciləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

Avropa Çempionatı

II təsnifat mərhələsi

C qrupu

27 mart

20:00. Estoniya – Niderland

22:30. İspaniya – Azərbaycan

28 mart

20:00. Niderland – Azərbaycan

22:30. Estoniya – İspaniya

29 mart

20:00. Azərbaycan – Estoniya

22:30. Niderland – İspaniya.

Seçilən
2
3
90deqiqe.az

10Mənbələr