RU

Ruben Loftus-Çik 8 həftəlik sıradan çıxdı – ARENA.AZ

“Milan”ın mərkəz yarımmüdafiəçisi Ruben Loftus-Çik çənəsindəki sınıq səbəbindən 8 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu çənəsindən əməliyyat olunub. O, A Seriyasının 26-cı turunda “Parma”ya uduzduqları (0:1) ev oyununda zədələnib. Loftus-Çik qarşılaşma zamanı rəqib komandanın qapıçısı Edoardo Korvi ilə toqquşub. Bundan sonra futbolçu xərəkdə meydandan çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Klubun açıqlamasında bildirilir ki, futbolçunun vəziyyəti hazırda yaxşıdır və o, artıq xəstəxanadan buraxılıb. Yarımmüdafiəçinin bərpa müddətinin təxminən 8 həftə çəkəcəyi gözlənilir.

Mərkəz yarımmüdafiəçisi olan Ruben Loftus-Çik “Çelsi”nin məzunudur. Karyerası ərzində həmçinin “Kirstal Pelas” və “Fulhem”də oynamış Loftus-Çik, 2023-cü ilin iyul ayında 18,9 milyon avro məbləğ müqabilində “Çelsi”dən tamhüquqlu əsasda “rossoneri”nin düşərgəsinə keçib. İngiltərəli futbolçunun “Milan”la müqaviləsinin müddəti 2027-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Loftus-Çik “Milan” üçün 27 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Loftus-Çikin “rossoneri” üçün çıxışının ümumi mənzərəsi 95 oyun, 13 qol və 4 məhsuldar ötürmədən ibarətdir.

Ruben Loftus-Çik 2017-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingiltərəli mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
2
9
arena.az

10Источники