RU

DSMF 892 min şəxsə 175 milyon manat müavinət və təqaüd ödəyib

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən yanvar ayında dövlət büdcəsi hesabına 892 min şəxsə 175 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Hafta.az-a verilən məlumata görə, onlardan 485 min nəfərə müavinət olaraq 107 milyon manat, 407 min nəfərə Prezidentin təqaüdü olaraq 68 milyon manat ödəniş həyata keçirilib.

Ötən ilin müvafiq dövrünə nisbətən son bir ayda fond tərəfindən müavinətlər üzrə ödənilən vəsait 16 faiz, Prezident təqaüdləri üzrə ödənilən vəsait isə 18 faiz çox olub.

Yanvar ayında daha 16 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 895 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Избранный
2
10
hafta.az

10Источники