JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Müavinətlər üzrə 16 faiz, Prezident təqaüdləri üzrə 18 faiz çox vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında dövlət büdcəsi hesabına 892 min şəxsə 175 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Onlardan

485 min nəfərə müavinət olaraq 107 milyon manat,
407 min nəfərə Prezidentin təqaüdü olaraq 68 milyon manat
ödəniş həyata keçirilib. Ötən ilin müvafiq dövrünə nisbətən son bir ayda Fond tərəfindən müavinətlər üzrə ödənilən vəsait 16 faiz, Prezident təqaüdləri üzrə ödənilən vəsait isə 18 faiz çox olub.

Yanvar ayında daha 16 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 895 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX