RU

Ceyms Milner Premyer Liqa rekordu vurdu

"Brayton" futbol klubunun yarımmüdafiəşisi Ceyms Milner İngiltərə Premyer Liqasında (İPL) çıxışlarının sayına görə rekorda imza atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Çempionat" məlumat yayıb.

40 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 27-ci turunda "Brentford"la oyunda komandasının heyətində meydana çıxıb. Bu, onun turnirdə 654-cü oyunu olub.

C.Milner bu göstərici ilə İPL-də 653 oyun keçirmiş Haret Barrini geridə qoyub.

Milli.Az

Избранный
4
1
milli.az

10Источники