AZ

Ceyms Milner İngiltərə Premyer Liqasında ən çox oyun keçirən oyunçudur

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Brayton”un yarımmüdafiəçisi Ceyms Milner Premyer Liqada ən çox oyun keçirən oyunçu kimi rekord müəyyənləşdirib.

İdman.Biz bildirir ki, 40 yaşlı oyunçu İngiltərə Premyer Liqasının 27-ci turunda “Brentford”a qarşı matça komandasının oyununa start heyətində başlayıb. Bu, onun yarışda 654-cü oyunudur.

Bu rekordla Milner 653 oyun keçirən Qaret Barrini qabaqlayır. İlk beşliyə həmçinin Rayan Giqqz (632), Frenk Lempard (609) və Devid Ceyms (572) daxildir.

Milner ən çox oyun “Liverpul”da keçirib (230). O, həmçinin “Lids”, “Nyukasl”, “Aston Villa” və “Mançester Siti”də də oynayıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
16
icma.az

10Mənbələr