RU

Zelenski: Rusiya bu həftə Ukraynaya 1300-dən çox zərbə dronu “göndərib” - VİDEO

Rusiya bu həftə Ukraynaya 1300-dən çox zərbə dronu, 1400-dən artıq idarəolunan aviabomba və müxtəlif tipli 96 raket “göndərib”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, zərbələr Kiyev və paytaxtın ətrafı, eləcə də Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa və Poltava vilayətlərini əhatə edib. Hücumların əsas hədəfi enerji infrastrukturu olub.

Bundan əlavə, yaşayış binalarına və dəmir yolu obyektlərinə ziyan dəyib.

Kiyev vilayətinin Fastov rayonunda zərbə nəticəsində bir nəfər həlak olub. Səkkiz nəfər yaralanıb, onlardan biri uşaqdır.


Bizim.Media

Избранный
6
1
bizim.media

4Источники