RU

Məhəmməd Muradlı Azərbaycan çempionu oldu! – ARENA.AZ

Finalda Şəhriyar Məhəmmədova qalib gələn Məhəmməd Muradlı şahmat üzrə Azərbaycan çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, bu gün şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.

Cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.

Şəhriyar Məmmədyarov – Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub. Ağ fiqurlarla çıxış edən Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5:0,5 hesabıyla qələbə qazanmış Məhəmməd Azərbaycan çempionu tituluna sahib çıxıb.

Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov isə ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.

Bu gün kişilərin yarışında bürünc medalçı da müəyyənləşib. Aydın Süleymanlı Read Səmədovu ikinci görüşdə də məğlub edib. 2:0 hesablı qələbə qazanmış Aydın ölkə çempionatının bürünc medalçısı olub.

Qadınların yarışında isə Ayan Allahverdiyeva ağ fiqurlarla Ülviyyə Fətəliyevanı məğlub edib. İki görüşdən sonra hesab 1:1 olduğundan qadınlar arasında çempion sabah tay-brekdə məlum olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
4
6
arena.az

10Источники