AZ

Füzuli Məmmədov: “Qalib gəlmək üçün qol vurmaq lazımdır” – ARENA.AZ

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 21-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Ağır məğlubiyyət oldu. Oyuna çox yaxşı başlamışdıq. Birinci hissədə bir neçə qol epizodu yaratdıq. Amma qalib gəlmək üçün bu fürsətləri dəyərləndirmək lazımdır. “Araz-Naxçıvan” keyfiyyət baxımından bizi üstələdi. Əllərinə düşən bir imkandan istifadə etdilər. İkinci yarıda oyunu çevirmək istəyirdik. Penaltidən sonra çətin oldu. Əvəzetmələrlə oyunu gücləndirmək istədik. İkinci hissədə daha gümrah futbolçuları meydana buraxdıq, sistemdə dəyişiklik etdik. Bununla hücum xəttində say artdı. Qalib gəlmək üçün qol vurmaq lazımdır. Epizodları yaradırıq. Amma son vuruşlarda keyfiyyət önəmlidir. Futbolçular əzmkarlıq göstərdilər. Amma bu, azdır.

Çox çalışırıq. Bu oyuna da qələbə üçün çıxmışdıq. Rəqibə pressinq tətbiq edirdik. Bunun üçün güc lazımdır. Pressinqlə yaxşı qol epizodları yaratdıq. Amma bunları dəyərləndirmək lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
6
arena.az

10Mənbələr