“Liverpul”un keçmiş mərkəz müdafiəçisi Ceymi Karrager “Arsenal”ın İngiltərə Premyer Liqasının 31-ci turunda xal itirməsini şərh edib.
Arena.az xəbər verir ki, hazırda futbol təhlilçisi olaraq çalışan ingilis mütəxəssis “topçular”ın “qapazaltı” “Vulverhempton”la oyunda 2:0 hesablı üstünlüyü qaçırmaqla nəticələnmiş 2:2 hesablı heç-heçəsinə şad olduğunu bildirib:
“Müvafiq nəticəyə şadam, çünki bu, oyunu nəfəskəsici edir, bizə isə danışmağa əsas verir, mövsümün sonuna qədər fitnə-fəsad yaradır. Odur ki, fikrimcə, bu, Premyer Liqa üçün yaxşıdır”, deyə Ceymi Karrager fikrini əsaslandırıb.
Yeri gəlmişkən, “Arsenal”ın ingiltərəli yarımmüdafiəçiis Deklan Rays da cari fiziki vəziyyəti haqqda söhbət açıb. İngiltərəli futbolçunun müvafiq açıqlamasını təqdim edirik:
“Sadəcə əldən düşmüşəm. Düzünü desəm, təqvimimiz sadəcə inanılmazdır”, deyə Rays vurğulayıb.
Xatırladaq ki, “Arsenal” xal itkisinə baxmayaraq, hazırda 58 xalla vahid liderdir. Mİkel Artetanın kollektivi 27 oyunda 17 qələbə qazanıb, 7 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
