RU

Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir

Bakı. Trend:

Vyetnamın paytaxtı Hanoyda dünyanın ən böyük futbol stadionuinşa edilir.

Trend xariciKİV-ə istinadla xəbər verir ki, “Tronq Donq” (“Bürünc baraban”)adlandırılacaq stadionunun tamaşaçı tutumu 135 min nəfər olacaq.Bu, Şimali Koreyanın paytaxtı Pxenyandakı “1 May” stadionununtutumundan 5 min oturacaq çoxdur.

Stadionun inşasının 2028-ci ildə tamamlanması gözlənilir.Açılıb-bağlanan dam örtüyünə malik “Bürünc baraban”da idmanyarışları ilə yanaşı, bir sıra ictimai və mədəni tədbirlər dəkeçiriləcək.

Qeyd edək ki, smeta dəyəri təxminən 35 milyard ABŞ dolları olanstadionun təməli 2025-ci ilin dekabrında qoyulub.

Məqalədə:
Избранный
23
6
az.trend.az

7Источники