AZ

Vyetnamda dünyanın ən böyük stadionu tikilir

Vyetnamın paytaxtı Hanoyda dünyanın ən böyük futbol stadionu inşa edilir.

“Tronq Donq” (“Bürünc baraban”) stadionunun tamaşaçı tutumu 135 min nəfər üçün nəzərdə tutulub. Bu, Şimali Koreyanın paytaxtı Pxenyandakı “1 May” stadionunun tutumundan 5 min oturacaq çoxdur.

Stadionun inşasının 2028-ci ildə tamamlanması gözlənilir. Açılıb-bağlanan dam örtüyünə malik “Bürünc baraban”da idman yarışları ilə yanaşı, bir sıra ictimai və mədəni tədbirlər də keçiriləcək.

Qeyd edək ki, smeta dəyəri təxminən 35 milyard ABŞ dolları olan stadionun təməli 2025-ci ilin dekabrında qoyulub. Stadion “Vingroup” şirkətinin yaşayış zonası da daxil olmaqla 10 min hektar sahədə inşa edəcəyi Olimpiya idman şəhərciyi layihəsinin bir hissəsidir. Layihəyə görə stadionun memarlığı qədim Vyetnam sivilizasiyasının simvolu olan “Dong Son” bürünc barabanını simvolizə edir. Vyetnam mədəniyyətində bürünc baraban xalqın ruhunu, gücünü və uzunömürlülüyünü göstərir.

MənbəAZƏRTAC
Seçilən
1
6
banker.az

7Mənbələr