RU

Zamiq oynadı, komandası evdə qələbə qazandı

Futbol üzrə Albaniya Super Liqasında 25-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda Tirana "Dinamo"sunu qəbul edib. Qarşılaşma evsahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq də bu görüşün iştirakçısı olub. Azərbaycan milli komnadasının üzvü matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Xallarını 46-ya yüksəldən "Eqnatiya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

Избранный
14
2
sportal.az

3Источники